Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almasını, ölkənin BRICS dövlətləri ilə daha sıx qarşılıqlı fəaliyyətini alqışlayır və dəstəkləyir.

Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin Bakıda deyib.

“Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almasını və ölkənin BRICS dövlətləri ilə daha sıx qarşılıqlı fəaliyyətini alqışlayır və dəstəkləyir. Bu təşkilatlar artıq dünyada nüfuzlu və hörmətlidir. Fikrimcə, beynəlxalq təşkilatlarla daha sıx qarşılıqlı əlaqə, təbii ki, Azərbaycanın özünə də fayda verəcək, o cümlədən iqtisadi və siyasi dividendlər gətirəcək. Ölkələrimizin, Rusiya və Azərbaycanın çoxtərəfli formatda qarşılıqlı fəaliyyət üçün əlavə platforması yaranır və təbii ki, biz yuxarıda qeyd olunan təşkilatların ümumi nizamnamə məqsədlərini həyata keçirəcəyik”, - Narışkin bildirib.

Xatırladaq ki, bu ilin avqustunda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Azərbaycanın BRICS-ə üzv olmaq üçün müraciət etdiyini bildirmişdi.

2024-cü ilin iyulunda isə Azərbaycan ŞƏT-də statusunun dəyişdirilməsi - dialoq üzrə tərəfdaşdan müşahidəçi ölkəyə çevrilməsi üçün müraciət edib.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il