Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

Aşqabad şəhərində Qazaxıstan-Türkmənistan iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.

“Kazinform”un məlumatına görə, Qazaxıstan hökumətinin mətbuat xidməti bu barədə Türkmənistan Nazirlər Kabinetinin sədri Batır Atdayevə istinadən bildirib.

Tərəflərin nümayəndələri komissiyanın 2023-cü ilin mayında Astanada keçirilmiş əvvəlki iclasında müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ticarət-iqtisadi əməkdaşlığın, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat və logistika, maliyyə, təhsil və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyətin inkişaf perspektivlərinə də diqqət yetirilib. İki ölkə arasında neft-qaz sektorunda yaxınlaşma və regionlararası əməkdaşlıq məsələləri xüsusilə vurğulanıb.

"Tərəflər qəbul edilmiş qərarların qarşılıqlı fəaliyyətin bütün sahələrində ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və dərinləşməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər", - məlumatda deyilir.

Bildirilir ki, görüşün yekunlarına dair müvafiq protokol imzalanıb.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il