Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının dörd üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı əməliyyatlar qətiyyətlə davam edir.