Dilinizi seçin

Dilinizi seçin

Yaxın şərq

İran İsrailin Hərbi Hava Qüvvələrinin iki bazasına və bu ölkənin kəşfiyyat xidməti “Mossad”ın qərargahına hücum edib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri bildirib.

“Bu gecə (dünən-red) biz “Mossad”ın qərargahına, Nevatim və Hatzerim hava bazalarına, həmçinin (raket əleyhinə müdafiə-red) radarlarına və İsrail tanklarına hücum etdik”, - Baqeri bildirib.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Evin məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. Raket zərbələri səbəbindən İsrail, İraq, İordaniya və Livan hava məkanını bağlayıb.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il