Dilinizi seçin

Dilinizi seçin

Yaxın şərq

İran İnqilab Keşikçiləri Qvardiyası Qüds qoşunları komandanı İsmayıl Qaani sağ-salamatdır və nəzarət altında sorğu-sual olunur.

Bu barədə “Middle East Eye” məlumat yayıb.

Bildirilib ki, İsmayıl Qaani təhlükəsizlik məsələlərində yol verilən ciddi pozuntulara görə sorğu-sual edilir.

Məlumata görə, o, sentyabrın 27-dən, İsrail Hərbi Hava Qüvvələrinin Beyrutu bombalaması nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullah öləndən sonra cəmiyyət arasında görünməyib.

Həsən Nəsrullahın yerini İsrailin müəyyən etməsinə dair araşdırma aparılır.

İnformasiyaya əsasən, Tehran, Beyrut və Bağdaddakı on mənbə, o cümlədən “Hizbullah” və İnqilab Keşikçiləri Qvardiyasına yaxın olan yüksək səviyyəli şiə xadimləri və mənbələri “MEE”yə bildiriblər ki, hətta İranın ən yüksək səviyyəli generallarından biri olan Qaani və onun komandası araşdırma ilə bağlı təcrid olunublar.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il