Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

“Ümid etmək istəyirəm ki, tezliklə Azərbaycanla Ermənistan arasında münasibətlərdə üçüncü tərəf artıqlıq təşkil edəcək”.

APA- nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova Ermənistan media nümayəndəsinin təxribatçı sualına cavab olaraq bildirib ki, Avropa İttifaqı militarizasiya kursu götürüb: “Həqiqətən də Avropa İttifaqı NATO-nun tərkib hissəsinə çevrilib. Yerli gəlmişkən, həmin Avropa İttifaqı Azərbaycanın dəfələrlə ifadə etdiyi narazılıqlara baxmayaraq, Ermənistanda sözdə mülki müşahidə missiyasını yerləşdirib. Bu ki bərabərhüquqlu olmayan əməkdaşlıqdır, qarşılıqlı hörmətə əsaslanmayan tərəfdaşlıq və ya əməkdaşlıqdır. Bu, Avropa İttifaqının öz maraqlarını regionda aqressivcəsinə irəli çəkməsidir, hansı ki, bu regionun Avropa İttifaqına aidiyyəti yoxdur. Avropa İttifaqı nümayəndələri xoş niyyət pərdəsi altında gizlənərək, Azərbaycana, İrana, Türkiyəyə və əlbəttə ki, Rusiyaya qarşı kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar. Ola bilsin ki, ilk növbədə Rusiya qarşı...” - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il