Dilinizi seçin

Dilinizi seçin

Ekologiya

İlin sonuna Cəbrayıl və Füzuli rayonlarında yaşıllıqların salınması nəzərdə tutulur.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

Nazir müavini bildirib ki, Zəngilan rayonu ərazisində 55, Ağdam rayonu ərazisində 11, Cəbrayıl rayonu ərazisində isə 20 hektar (ha) yeni yaşıllıq sahəsi salınıb.

Onun sözlərinə görə, hazırda Cəbrayıl rayonu ərazisində 30 ha və Füzuli rayonu ərazisində 16,7 ha yeni yaşıllıq sahəsinin salınması ilə bağlı torpaq hazırlığı işləri aparılır və ilin sonunadək həmin ərazilərdə yaşıllıqların salınması nəzərdə tutulur.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il