Dilinizi seçin

Dilinizi seçin

Mədəniyyət

İslam Dünyasının Mədəniyyət paytaxtı Şuşada ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası keçirilir.

Tədbirdə iştirak üçün Şuşaya gələn qonaqlar üçün öncə mədəni irs yerlərinə ekskursiya təşkil edilib.

Dünən öz işinə başlayan sessiyada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov açılış nitqi ilə çıxış edərək qonaqları Şuşada salamlayıb və komitənin işinə uğurlar arzulayıb. Daha sonra ICESCO-nun Baş direktoru Salim Muhammed əl-Malikin tədbir iştirakçılarına müraciəti oxunub.

Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın açılış nitqində Azərbaycanın mədəni irsi və bu irsin qorunması naminə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verib. Ölkəmizin zəngin tarixi-mədəni irsində Qarabağ irsinin xüsusi yer tutduğunu deyən S.Yusifova, işğal dövründə dağıdılmış abidələrə dair statistik məlumatları paylaşaraq mədəni mühitin və irsin canlandırılması üçün hazırda davam edən bərpa-quruculuq işləri haqqında danışıb.

Bununla yanaşı, təbii irsin qorunmasının vacibliyini vurğulayan nazir müavini Mədəniyyət Nazirliyinin COP29 çərçivəsində planlaşdırdığı beynəlxalq tədbirlər və yeni təşəbbüslər haqda məlumat verib.

Açılış sessiyasında daha sonra çıxış edən komitənin sədri, Səudiyyə Ərəbistanı təmsilçisi Alayidarus Muhammed yüksək səviyyədə təşkilatçılığa görə ev sahibi Azərbaycana təşəkkürünü bildirib və sessiyanın gündəliyi barədə məlumat verib.

Açılış sessiyasının sonunda Şuşa Qoruğuna həsr olunmuş xüsusi təqdimat izlənilib. Açılış sessiyasının sonunda komitə üzvləri xatirə fotosu çəkdiriblər.

Fasilədən sonra keçirilən birinci sessiyada İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro tərəfindən mərkəzin konsepsiyası, növbəti iki ili əhatə edən prioritetləri təqdim edilib. Təqdimata dair Azərbaycan, Burkino-Faso, Qətər, Fələstin və digər ölkələrin təklifləri müzakirə edilib.

Ekspertlər şurasında ölkəmizi təmsil edən Rizvan Bayramovun çıxışında komitə tərəfindən İslam ölkələrində mövcud olan qeyri-islam irsi, eləcə də, qeyri-islam ölkələrində mövcud islam irsinin müvafiq siyahıyaalma mexanizmləri üzrə işin təkmilləşdirilməsi təklif edilib.

İkinci sessiyada 2024-cü ildə həyata keçirilmiş layihələr üzrə hesabatlara baxılıb, komitə üzvlərinin təklifləri müzakirə edilib.

Sessiya öz işini bu gün davam etdirəcək.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il