Dilinizi seçin

Dilinizi seçin

Humanitar


Milli Məclisin bu gün keçirilən plenar iclasında “ər-arvad” sözlərinin “həyat yoldaşı” ifadəsi ilə əvəz olunması təklifinə müzakirə olunub. Millət vəkili Qüdrət Həsənqukiyev çıxışında bildirib ki, artıq “ər-arvad” ifasədi cəmiyyətdə daha az istifadə olunur. Buna görə də “ər-arvad” yerinə, “həyat yoldaşı” ifadəsinin işlənilməsi təklif edir.

Mövzü ilə bağlı Crossmedia.az-a açıqlama verən sosial-psixoloq Rövşən Cavadov bildirib ki, günümüzdə bu ifadə cəmiyyət tərəfindən xoş qarşılanmayıb: “İ
ki gənc nigaha daxil olarkən “həyat yoldaşı” deyil, “ər-arvad” elan edilirlər. Onilliklər ərzində “ər-arvad” ifadəsi kobud qarşılanmayıb. İndi isə cəmiyyətdə bu ifadəyə yanaşma dəyişib. “Ər-arvad” sözündə hər iki tərəfin funksiyaları daha aydın ifadə olunur. “Həyat yoldaşı” birləşməsi isə bu qədər aydın deyil. Doğrudur, bəzi situasiyalarda “ Bu mənim arvadımdır” cümləsi kobud səslənə bilər. O zaman “Həyat yoldaşımdır” demək daha məqbuldur. Bu birləşmənin istifadəsini heçkim qadağan etmir. Ümumilikdə, “ər-arvad” həm məzmun, həm də mahiyyət etibarı ilə daha dolğun və informativdir”.

Gültac Mehdizadə 

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il