Dilinizi seçin

Dilinizi seçin

İdman

Azərbaycanın güləş milliləri Bakıda təlim-məşq toplanışı keçirlər.

Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qadınlardan ibarət yığma sentyabrın 30-dan hazırlıq prosesinə start verib.

Toplanış oktyabrın 21-dək davam edəcək.

Yunan-Roma güləşi üzrə milli isə oktyabrın 7-də bir araya gəlib. Bu komandanın toplanışı 20 gün davam edəcək.

Sərbəst güləşçilər isə sabahdan hazırlıq prosesinə başlayacaqlar.

Böyüklərdən ibarət komandalar məşqlərini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirlər. Taktiki-texniki çalışmalara üstünlük verilən toplanış U-23 dünya çempionatına (21-27 oktyabr) və böyüklərin dünya çempionatına (28-31 oktyabr) hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, hər iki yarış Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il