Dilinizi seçin

Dilinizi seçin

İdman

Qılıncoynatma üzrə Azərbaycan millisinin üzvü Anna Başta əməliyyat olunub.

Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Hakimov məlumat verib.

28 yaşlı sablyaçı apreldə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda ayağından aldığı zədəyə görə Rusiyanın Sank-Peterburq şəhərində əməliyyat edilib.

Hazırda idmançının durumu yaxşıdır. Həkimlər onun 2025-ci ilin yanvar-fevral aylarında məşqlərə qatılacağını bildirib.

Qeyd edək ki, Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 finalında uduzaraq yarışı medalsız başa vurub.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il