Dilinizi seçin

Dilinizi seçin

Multimedia

ABŞ Böyük Britaniyanın ən uğurlu layihəsidir. Ştatların bir çox özəlliyi var. Bir çox ölkələr də ona bənzəməyə çalışır. ABŞ-nin xeyir-duası olmadan beynəlxalq əhəmiyyətli layihələr ya reallaşmır, ya da çox çətinliklə həyata keçir. Beynəlxalq münasibətlərə və siyasətə təsir etdiyindən orada keçirilən prezident seçkisi də dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir.

Bəlkə bu siyasi kampaniya ABŞ-də daha çox önəm daşıyırdı. Ancaq 2020-ci ildə prezident vəzifəyə seçiləndən sonra Cozef Bayden qeyri-dəqiq siyasi çıxışları, yanlış ifadələri, əzilməsi, büdrəməsi, dövlət başçılarının, dövlətlərin adlarını qarışıq salması kimi hallarla yadda qalıb. Odur ki, insanlar ABŞ prezidentinin çıxışlarındakı siyasi hədəflərdən daha çox yanlışlıqları barədə fikir söyləyirlər.

Başqa sözlə, Ağ evin indiki yiyəsi bir növ kuluarların lağlağısı, məzəli hadisəsi olub. Elə dövlət başçılarının zirvə toplantısında da Cozef Bayden səhvlər edir. İnsanın qocalması və ölməsi ən təbii hadisədir. Yaşlaşanda, qocalanda ABŞ dövlət başçısının başına gələn hadisə o yaşda hər kəsi gözləyir. Axı belə yaşda, belə keyfiyyətlə hər adam ABŞ kimi qüdrətli dövlətin başçısı da olmur. Ona görə də Cozef Bayden barəsində müxtəlif lətifələrin də yaranması mümkündür. Bir zamanlar ABŞ institutları keçmiş sovet rəhbərlərinə belə lətifələr qoşardı.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il