Dilinizi seçin

Dilinizi seçin

Podcast

Qərbi Azərbaycana qayıdış rəsmi Bakının müasir xarici siyasət kursunun əsas istiqamətlərindəndir. Bunun üçün xüsusi konsepsiya hazırlanıb. Bu gün Azərbaycan hökumətinin əsas məqsədlərindən biri Qərbi Azərbaycana dinc qayıdışı təmin etməkdir. Odur ki, bütün mümkün imkanlardan istifadə edilir.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasında Qərbi Azərbaycan İcmasının (QAİ) xüsusi rolu var. Vaxtaşırı olaraq İcmanın yaydığı bəyanatlar daxili və beynəlxalq ictimai rəyin formalaşmasında mühüm rol oynayır.

Bu mənada, QAİ-nin sentyabrın 3-də yaydığı bəyanat da xüsusi diqqət çəkir. Bəyanatda bildirildi ki, Ermənistan təhlükəli siyasətdən əl çəkməsə, Qərbi Azərbaycan hökuməti təsis ediləcək.

“Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik”, - bəyanatda bildirilib.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il