Dilinizi seçin

Dilinizi seçin

Türk dünyası

Türk dövlətləri gələcəyə daha inamla irəliləyir.

Crossmedia.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binalı Yıldırım Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü ilə bağlı “X” hesabında yazıb.

O, türk dövlətlərini təbrik edib: “Türk dövlətləri iqtisadiyyatdan infrastruktura, turizmdən gənclik və idmana qədər bir çox sahədə ortaq dil, mədəni və tarixi dəyərlərə malikdir”.

Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - oktyabrın 3-ü Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il