Tıva Respublikası Rusiya Federasiyasının tərkibində muxtar quruluşa ölkədir. Onların dili köhnə türkçəyə ən yaxın dillərdən sayılır.
Crossmedia.az TRT AVAZ - istinadla xəbər verir ki, professor Əkrəm Arıkoğlu bildirir ki, Tıva türkləri Anadolunu çox yaxşı tanıyır və sevirlər:
"Qızıldağ adlı kəndə getdik. 70-80 yaşlarında bir nənə Türkiyədən gəldiyimizi biləndə "Biz tuvqanıq, qardaşıq, bir atalarımız var, eyni tarixdən gəlmişik. .Yəni, kənddəki nənə də onun Türkiyədəki xalqla bir birlik olduğunu, qardaş-bacı olduğunu bilirdi”.
Tıva Respublikasının təxminən 350 min əhalisi var, onların 250-260 mini tuvalıdır. Tıvalıların danışdıqları dil olan Tıva canlıdır. Ailələr uşaqlarına öyrədir və nəsildən-nəslə ötürülür.
Professor onu da bildirib ki, Tıvalıların özünəxas dil və mədəniyyətlərini qoruyub saxlamalarına ölkənin çətin relyefə sahib olması da təsir edir. Ölkənin cənubunu təşkil edən dağlar bura dəmir yolu şəbəkəsinin qurulmasını çətinləşdirir.
Ləman Məmmədova