Dilinizi seçin

Dilinizi seçin

Humanitar

Hər birimiz həyatımızda bir dəfə də olsa, "xalxın uşağı" ifadəsini eşitmişik. Valideynlər başqasının övladının müsbət xüsusiyyətlərini iş, təhsil və digər sahələrdəki uğurlarını öz övladlarına deyir, onlar ilə müqayisə edir və irad tuturlar. Bu müqayisə onların gələcək həyatına təsir edir.

"Xalxın uşağı" ilə müqayisənin  təsiri ilə bağlı  psixoloq Ezgi Şahin Crossmedia.az-a açıqlama verib. Psixoloq bu müqayisənin uşaqların özgüvənini zədələdiyini bildirib:
"Valideynlərin əksəriyyəti bu müqayisədə qarşı tərəfi əzir və övladının özgüvənini zədələyirlər. Bəzi uşaqlarda özgüvən əskikliyinin olmasının əsas səbəbi belə müqayisələrdir. Valideynlər uşaqları kiçik yaşlardan bacarıqlı olan digər yaşıdları ilə qarşılaşdırırlar. Onlar bilmirlər ki , hər uşağın özünəməxsus qabiliyyəti var. Bir uşaq idmanda yaxşı ola bilər, digəri isə rəsmdə. Valideynlər çox vaxt bunu qəbul etmirlər. İstəyirlər ki, övladları ancaq riyaziyyatdan yaxşı olsun: riyaziyyatı bilmirsə, heç bir fənni bilməsin".

Psixoloq vurğulayır ki, bu nüanslar uşaqları gərginləşdirir: 

"Onlar həmişə  yaşıdlarından üstün olmağı istəyirlər. Bu zaman uşaqda yetərsizlik düşüncəsi yaranır. Bu düşüncə yetkinlik dövrünə kimi davam edir. Onlar daim qarşı tərəfin razılığını istəyirlər:  "Mən yaxşıyam, hə?", "Mən səncə bunu bacarıram?" tipli suallar verirlər. Qarşı tərəfdə görür ki ,bu insan özgüvənsizdir. Kiçik  yaşlarından başqaları  ilə müqayisə olunan bu tip insanlar işkolik olurlar,daim danışmaq istəyirlər. Məqsədləri  isə insanlardan özləri haqqında təriflər almaq olur".
Zeynəb Mustafazadə

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il