Dilinizi seçin

Dilinizi seçin

Humanitar

“Rasimin tapılması ilə bağlı təəssüf ki, bu gün üçün nəticə yoxdur. Amma bütün aidiyyəti qurumlar bu işə cəlb edilib”.

Crossmedia.az  xəbər verir ki, Baş prokuror Kamran Əliyev  9 ay əvvəl İmişlidə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin axtarışı ilə bağlı danışarkən deyib.

“Mən Rasimin ailəsini dəfələrlə qəbul etmişəm. Onların da narahatlığını başa düşürəm. İş üzrə cinayət işi başlanıb, istintaq gedir. Biz əlimizdən gələni edəcəyik ki, müsbət nəticələr olsun”

Xatırladaq ki, 11 yaşlı Rasim Xankişiyev 2023-cü ilin dekabrında itkin düşüb. Onun İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.

Hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Ötən ay baş prokuror R.Xankişiyevin nənəsini qəbul edib.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il