Dilinizi seçin

Dilinizi seçin

Humanitar

Son illərdə Bakı şəhərində nəqliyyat axınının tənzimlənməsi məqsədilə bir sıra yeniliklər həyata keçirilmişdir. Bu yeniliklərdən biri də şəhərin əsas magistral yollarında avtobuslar üçün ayrılmış xüsusi zolaqların yaradılmasıdır. Məqsəd, ictimai nəqliyyatda sərnişinlərin hərəkətini sürətləndirmək, tıxacların qarşısını almaq və nəqliyyatın təhlükəsizliyini təmin etməkdir. Lakin bəzən avtobus sürücülərinin bu qaydalara əməl etmədiyi və xüsusi zolaqdan çıxaraq digər nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlara keçdiyi müşahidə edilir.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun Crossmedia.az saytına açıqlamasında bildirib ki, 
Azərbaycan Respublikasının Yol Hərəkəti Qaydalarına (YHQ) əsasən, şəhərdaxili marşrut avtobusları üçün ayrılmış zolaqlar yalnız ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdur və digər avtomobillərin həmin zolaqlardan istifadəsi qadağandır. Amma məsələnin digər bir tərəfi ondan ibarətdir ki, avtobus zolaqlarında hərəkət edən avtobus sürücüləri bəzən özləri bilərəkdən və ya bilmədən səbəbdən zolaqlara daxil olub, digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneə yaradırlar.
Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanunvericiliyə görə, avtobus sürücüləri yalnız müəyyən hallarda – məsələn, qəza şəraiti yarandıqda və ya polis əməkdaşlarının xüsusi göstərişinə əsasən bu zolaqlardan çıxa bilər. Əks halda, avtobus sürücülərinin digər zolaqlara keçməsi qanun pozuntusu kimi qiymətləndirilir.
Avtobuslar üçün ayrılmış xüsusi zolaqların istifadəsi, şəhər nəqliyyatında intizamın və təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Avtobus sürücülərinin bu zolaqlardan kənara çıxması qanuna ziddir və hüquqi məsuliyyət yaradır. Nəqliyyat orqanlarının nəzarət tədbirlərinin gücləndirilməsi və sərnişinlərin də aktiv monitorinqi sayəsində bu kimi qayda pozuntularının qarşısı daha effektiv şəkildə alına bilər.

Maral Şahverdili

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il