Dilinizi seçin

Dilinizi seçin

Səhiyyə

Arıqlama çayları son illərdə hər kəsin çəki atmaq üçün müraciət etdiyi alternativ üsullardan biridir. Bu çaylar, təbii maddələrlə bədənə təsir edərək maddələr mübadiləsini sürətləndirmək, iştahı azaltmaq və artıq suyun atılmasına kömək etməyi vəd edir. Bəs insanlar arıqlama çaylarından gözlədikləri nəticələri əldə edə bilirlərmi? Arıqlama çaylarının yan təsirləri nələrdir?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan dietoloq Ceyhunə Yusifova bildirir ki, arıqlama çaylarının uzun müddət istifadəsi bəzən sağlamlığa təhlükə yarada bilər.

"Arıqlama çayları, adətən, təbii bitkilərdən hazırlanır və iştahı azaldır, bədəni təmizləyir və ya metabolizmi sürətləndirməyə kömək edir. Ancaq bu çayların insan orqanizminə təsiri və uzun müddət istifadəsi ilə bağlı bir neçə amil var:

1. Metabolizmi sürətləndirmə: Bəzi bitkilər, məsələn, yaşıl çay metabolizmi artıraraq kaloriyə yanmasını təşviq edə bilər.

2. İştahın azaldılması: Bəzi çaylar mədənin boşluğunu artıraraq iştahı azalda bilər.

3. Su itirilməsi: Diüretik təsirlər nəticəsində suyun bədəndən atılması baş verə bilər. 

Dietoloq qeyd edib ki, arıqlama çaylarının uzun müddət istifadəsi bəzən sağlamlığa təhlükə yarada bilər:


 "1. Qida çatışmazlığı: İştahın azalması bəzi vitaminlərin və mineralların çatışmazlığına səbəb ola bilər.

 2. Bağırsaq problemləri: Bəzi çaylar zəif bağırsaq mikroflorasını təsir edə bilər, bu da mədə-bağırsaq pozuntularına yol açar.

3.Dehidratasiya: Diüretik təsiri nəticəsində su itkisi baş verə bilər”.

Ceyhunə Yusifovanın sözlərinə görə, bəzən dietik çaylar insan orqanizmində yan təsirlər də yarada bilir:

 "1. Qarın ağrısı: Bəzi insanlar çayların tərkibində olan maddələrə qarşı həssas ola bilər.

 2. İshal: Diüretik təsirlər nəticəsində bağırsaq hərəkətləri artıra bilər.

 3.Yuxusuzluq: Kafein tərkibli çaylar yuxusuzluğa səbəb ola bilər.

 4.Sinir sistemi ilə bağlı problemlər: Nervozluq, stres, depressiya kimi vəziyyətlər yarana bilər.

Arıqlama çaylarından istifadə edən insanların gözləntiləri fərqli ola bilər və müəyyən nəticələr gözləmək mümkündür, lakin sağlam həyat tərzi, düzgün qidalanma və fiziki aktivlik arıqlama prosesində daha təsirlidir. Bəzi insanlar bu çaylar vasitəsilə sürətli nəticələr əldə edirlər, lakin bu, adətən, su itkisindən irəliləyir. Uzun müddətli arıqlama üçün stabil nəticələr çox çətin olur".

Nəticə etibarilə, arıqlama çayları ilə yanaşı sağlam bir yaşam tərzi, düzgün qidalanma və müntəzəm fiziki aktivlik tövsiyə olunur. Hər hansı yeni pəhriz və ya əlavəni istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək hər zaman yaxşıdır.

Saida Ramazanovi

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il