Dilinizi seçin

Dilinizi seçin

Sosialoji

Uşaqların tərbiyəsi ilk mərhələdə ailədən, sonraki mərhələdə isə bağçadan asılıdır. Bağça uşaqların gündəlik rejiminin formalaşmasında, sosiallaşmasında, məktəbə hazırlıqlarında mühüm rol oynayır. Müasir dövrdə xarici dilə tələbat artdıqca valideynlər övladlarının dil öyrənməsinə daha çox maraq göstərirlər. Onlar bağça seçimində əsasən rus və ingilis bölmələrinə  üstünlük verirlər. Bəs görəsən valideynlərin seçimi niyə xarici dilli bağçalardır? 
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nurizadə Crossmedia.az-a açıqlamasında qeyd edib:

" 2023-cü ilin statistika göstəricilərinə görə,  ölkəmizdə cəmi 133 özəl bağça MMC-nin qeydiyyatından keçib. 2024-cü ildə bağçaların sayı statistikası əlimizdə olmadığı üçün konkret bir rəqəm deyə bilmirik amma, bağça sayının  150-dən çox olmayacağını deyə bilərik.Hər 4 bağça yaşlı uşağın yalnız biri bu imkandan yararlanır, bağçaya gedir.Səbəb bağçaların sayının az olmağıdır.Urbanizasiya- rayonlardan şəhərlərə köç və digər problemlərə görə bağçalarda sıxlıq yaranır".

Ekspert bildirib ki, bağçalarda ana dilli təhsil  daha yaxşıdır:
"Ölkəmizdə xarici dilli bağçaların sayı azdır. 1825 bağça var, onun 133 özəl bağça, 1692 dövlət bağçasıdır.Bəzi bağçalarda həm rus,  həm Azərbaycan, həm də ingilis dili bölmələri var. 133  özəl bağçanın  90%-də Azərbaycan bölməsi tədris olunur. İnsanın şəxsiyyət kimi formalaşmasında vacib dövr sayılan bağçalarda uşaqların öz ana dillərində ünsiyyətdə olmaqları arzuolunandır. Bu hal onların gələcəkdə həyata baxışın müəyyən bir keyfiyyətlərinə təsir edəcək. Demokratik bir ölkədə yaşayırıq və valideynlərin sərbəst seçim hüququ var.Onlar bağçada,  məktəbdə uşaqları rus və ya başqa dilli bölmələrə yazdıra bilərlər. Bu onların valideynlik hüququdur. Tövsiyyə edirik ki, uşaqları Azərbaycan dilli bağçalara yazdırsınlar. Hər bir ölkənin vətəndaşı yaşadığı ölkənin doğma,  rəsmi dilində təhsilini alsa daha gözəl olar".

Təhsil eksperti gələcəkdə ingilis dili bölmələrinə tələbatın daha da artacağını qeyd edib:
"Digər rus və ingilis dilli bölmələrə tələbat illər ərzində dəyişəcək. Araşdırmalara əsasən gələcəkdə rus dilli bölmələrin sayı azalacaq,  ingilis dilli bölmələr daha çox dəbə düşəcək".
Zeynəb Mustafazadə

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il