Dilinizi seçin

Dilinizi seçin

Texnologiya

Milyarder təqdimat zamanı “Gördüyünüz kimi, mən bura robot taksi ilə gəldim” deyərək, “Düşünürəm ki, bizi parlaq gələcək gözləyir” fikrini ifadə etdi. Tədbir Kaliforniyada, Warner Bros. studiyasında baş tutdu və Teslanın X səhifəsində yayımlandı.

Trend-in məlumatına görə, artıq ən azı 50 tam avtonom elektrik avtomobili var ki, onlar sürücü üçün idarəetmə mexanizmləri ilə təchiz olunmayıb, çünki sərnişinlərin daşınması tam avtonom şəkildə həyata keçiriləcək.

Sahibkarlar üçün robot taksinin qiyməti 30 min dollar olacaq, istifadəçilər isə səyahət üçün hər milə təxminən 30-40 sent ödəyəcəklər.

Musk robotaxi layihəsini avqust ayında təqdim edəcəyinə söz vermişdi, lakin təqdimatdan bir ay əvvəl o, şirkətin elektrik avtomobilini tamamlamaq üçün bir az daha vaxta ehtiyacı olduğunu bildirdi.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il