Dilinizi seçin

Dilinizi seçin

Texnologiya

Bişkekdə internet texnologiyalarının inkişafı müzakirə olunub. Qırğızıstan paytaxtında Türk Dövlətlərinin Süni İntellekt Forumu işə başlayıb.

Axar.az xəbər verir ki, forum iki gün davam edəcək. Onun işində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Macarıstandan olan mütəxəssislər iştirak edirlər.

“Beynəlxalq tərəfdaşlarımız deyirlər ki, biz Qırğızıstanda böyük məlumat emalı mərkəzləri və informasiya mərkəzləri tikməliyik. Çünki elektrik var, iqlim buna imkan verir, su var və sairə. Buna görə də dağlarda, hektarlarla ərazidə sadəcə nəhəng zavodlar, kompüter gücləri olacaq ki, onlar da süni intellektə xidmət göstərəcəklər”, - deyə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov qeyd edib.

Gündəliyə süni intellektin inkişafı strategiyalarının müzakirə edilməsi, türk dillərinin qorunub saxlanılması və inkişafı üçün ondan istifadə olunması, İT layihələrinə və startaplara investisiyaların cəlbi məsələləri daxildir. Ekspertlərin fikrincə, Qırğızıstanın bu istiqamətdə böyük perspektivləri var.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il