Dilinizi seçin

Dilinizi seçin

Səhiyyə

Duyğular neyrofizioloji dəyişikliklər nəticəsində yaranan düşüncələr, hislər, davranış, razılıq və ya narazılıqla əlaqəli psixoloji və ya fiziki vəziyyətdir. Duyğuların təkamül mənşəyi haqqında nəzəriyyələr  Çarlz Darvinlə bağlıdır. Ancaq bu haqda bir çox nəzəriyyəçilərin də araşdırma və fikirləri mövcuddur.

 Araşdırmalar nəticəsində emosiyaların bir neçə nəzəriyyəsi müəyyən edilmişdir. Həmin nəzəriyyələrdən bəziləri duyğularımızın əsasını təşkil edir:
•    Xoşbəxt
•    Həyəcanlı
•    Kədərli 
•    Qəzəbli
•    Qorxu
İnsan duyğuları bunlardan ibarət deyil, ancaq əsasında bu 6 nəzəriyyə dayanır. Gün içində yaşadığımız situasiyalar yaşadığımız duyğu, his və düşüncələrimizə təsir edir. İnsanlara, onların davranışlarına diqqətlə baxsaq görərik ki, birini xoşbəxt etmək elədə çətin deyil. Gün ərzində etdiyiniz  kiçik bir mənfi və ya müsbət  sözlə  o, şəxsin bütün gününü gözəlləşdirə və ya məhv edə bilərsiniz.

Duyğuların ifadə formaları
İnsanlar öz duyğularını ifadə etmə şəklinə görə iki yerə bölünür. Duyğularını açıq şəkildə ifadə edə bilənlər və ya əksinə ifadə edə bilməyənlər. İnsan qaçmaq istədiyi, üzləşməkdən qorxduğu, onu narahat edən ağrılı hislərdən qaçır. Onları nə yaxınlarıyla, nə özüylə paylaşır. Özüylə paylaşmır dedikdə, yəni yaşadıqlarını qəbullanmır. Qəbul edib, ifadə etmək əvəzinə şüurunun dərinliklərinə basdırır. Bunun bir çox səbəbləri ola bilər. Duyğusal basqı cəmiyyətin və ya ailənin gözləntilərini qarşılamadıqda və ya qarşılamaqda çətinlik çəkdikdə, şəxsi travmaları olduqda, qorxu və narahatlıq səbəbindən bəzi duyğuları emal edə bilməmək bu səbələrə misal ola bilər.
     Basdırılmış duyğular şəxsin uşaq yaşlarından öyrəndiyi müdafiə üsulu ilə də bağlı ola bilər. İnsanlar yaşadığı travmatik təcrübələrdən rədd edilmə qorxusudan və digər acı verən şeylərdən özünü qorumaq üçün müəyyən duyğuları basdıraraq onları bir daha yaşamamağa çalışırlar. Bununla həm də  etdikləri səhvləri  təkrarlamayacaqlarını düşünürlər. Özlərini buna inandırırlar. Ancaq bu hisləri yox sayıb ifadə etməmək, bir müddət sonra ciddi emosional, fiziki və digər təsirlərə səbəb ola bilər.
İfadə edilməyən hislərin təsirləri 
• Fiziki sağlamlığa təsirləri
     Bədənin stres səviyyəsi arta bilər. Bu özunu narahatlıq, baş ağrısı, mədə problemləri hətta bəzən ürək xəstəlikləri kimi də özünü büruzə  verə bilir. Çünkü emosiyalar bədəndə enerji olaraq saxlanılır. Enerji sərbəst buraxılmadıqda saydığımız hallarla özünü bədəndən atır. 

• Psixoloji təsirləri
Depressiya, xroniki narahatlıqlar ani duyğu partlayışlarına səbəb ola bilir. Çünkü fərd şüurlu şəkildə emosiyalarıyla məşğul olub, onları yaşamaq yerinə  görməzdən gəlib içində yaşayır, unutmağa çalışır. Bu o hislərin yox olduğu anlamına gəlmir. Onlar fərqində olmadan davranışlarına təsir edir. Bu da onun yaxınlarıyla, ətrafında olan insanlarla münasibətinə təsir edir. Əgər bir insan qəzəbini, qısqanclığını yaxud da kədərini düzgün yaşamırsa, həmin adam zamanla bütün bu duyğuları özündə toplayaraq  yaxınlarına  qarşı gözlənilməz, qırıcı, kobud reaksiyalar verə bilər.

• Təcrübə qavrayışına təsiri
İfadə edilməyən hislər fərdin öz həyat təcrübələrini yaşamasına imkan vermir.

Basdırılmış duyğularla necə mübarizə aparmaq olar?

• Şüurlu fərqindəlik
İngilis dilində  adı “mindfulness” olan bu üsulla duyğularınızı daha yaxşı anlaya və onları diqqət mərkəzinə alıb dərk edə bilərsiniz.
• Gündəlik tutmaq
İfadə edə bilmədiyiniz, yaşamaqda çətinlik  çəkdiyiniz hisslərinizi və ya onları doğuran hadisələri kağıza tökərək, onun enerjisini bədəninizdən kənarlaşdıra bilərsiniz. Bu onları görməzdən gəlmək yerinə, onlar üzərində düşünməyinizə də kömək ola bilər.
• Terpiya
Peşəkar yardım alaraq da bununla savaşa bilərsiniz. Əsasda bu zamanlarda tək mübarizə aparmamaq, həmin hisləri tanımaq və sağlam şəkildə ifadə etmək yollarını öyrənmək  üçün terapevtlərə müraciət edə bilərsiniz. Basdırılmış duyğuları üzə çıxarmaq və yaşadığınız travmaları aşmaq üçün terapevt doğru seçimdir.

Kim olduğunuzdan asılı olmayaraq yaşadığınız çətin anlarda özünüzü ifadə etməkdən çəkinməyin. Çünkü biz insanıq əsəbləşmək, kədərlənmək, sevinmək, utanmaq-bunların hamısı bizim haqqımızdır. Ancaq bu qarşımızdakıları düşünməyək mənasına da gəlmir. Çünkü  qarşınızdakı insanlar sizin içinizdə olanlardan xəbərsizdir. Sizi anlayacağından əmin olduğunuz insanlar sizdən uzaqlaşmasın deyə, içinizdə yaşadığınız hisləri onlarla paylaşın. Bəlkə sadəcə danışıb paylaşmaq belə nələrinsə həll olmasına kömək edəcək. Deyirlər sevinc paylaşdıqca çoxalır. Bəs kədər? Unutmayın paylaşmadığınız və ya beyninizdə saxladığınız bütün duyğular yox olmur, sadəcə bir qartopu kimi üst-üstə yığılır və daha da ağırlaşır. Basdırdığınız hər duyğu siz irəlidə sevinc, həyəcan hətta xoşbəxtliyi belə düzgün yaşamaqdan məhrum edə bilər.

İstifadə olunan mənbələr:
Caldaclinic.com Claudia M. Elsig\ MD
Healthline.com Timothy J. Leg tərəfindən nəzərdən keçirilmiş Crystal Raypole tərəfindən yazılmış Let it out Dealing with repressed emotions məqaləsi

Tərlan Əmrahova

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il