Dilinizi seçin

Dilinizi seçin

Səhiyyə

Yaxın vaxtlarda Şuşa şəhər xəstəxanasının tikintisi başa çatacaq. Bu, Şuşada tibb xidmətinin daha yüksək səviyyədə təşkil olunmasına şərait yaradacaq.

Trend xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.

A.Kərimov bildirib ki, Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə start verildi.

"Burada çalışan insanlar üçün yüksək səviyyəli səhiyyə xidmətləri göstərilməsi üçün müvafiq tədbilrər görülməyə başlanıldı. Azərbaycan həkimləri fədakarlıq və əzm göstərərək ilk gündən Şuşada fəaliyyətə başlayıb.

Artıq dördüncü ildir ki, Şuşada və Qarabağda və Şərqi Zəngəzurun digər bölgələrində həkimlər öz xidmətlərini göstərməkdədirlər", - o əlavə edib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir.

Tədbir çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin ikitərəfli Memorandumlarının imzalanması nəzərdə tutulur, “Türktransplantın yaradılmasına dair Niyyət Protokolu” imzalanıb.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il