Dilinizi seçin

Dilinizi seçin

İqtisadi

Fransa Azərbaycana qarşı son illər aqressiv siyasət yeritməyə davam edir. Bunun əsas səbəbi rəsmi Bakının İkinci Qarabağ müharibəsinin nəticə əsasında Cənubi Qafqazda yaratdığı yeni reallıqları Yelisey Sarayının qəbul etmək istəməməsidir. Bu azmış kimi rəsmi Paris regiondakı təsir imkanlarını qorumaq və mümkün olarsa artırmaq məqsədilə İrəvanla “bacılaşır”. Bu isə Parisin Bakıya qarşı qərəzli mövqeyini bu dövlətin özü üçün zərurətə çevirir.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddiasına görə, Azərbaycanda Fransa vətəndaşları təqib edilir, həbs olunur. Ona görə də rəsmi Paris Fransa vətəndaşlarına Azərbaycana səfərdən çəkinməyi tövsiyə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu əsassız iddiaya münasibətbildirərək deyib ki, rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək, ölkəmizə dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyir.

O bildirib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətlərini daha da gərginləşdirmək niyyətindən xəbər verir:

"Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır. Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur".

Bildirilib ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı: "Biz bir daha Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik"

Əgər Azərbaycanda, doğrudan da, Fransa vətəndaşlarına qarşı təqiblər, təzyiqlər olsa idi, bu barədə rəsmi məlumatlar yayılardı. Necə ki, M.Rianın, K.Teonun haqlı yerə saxlanıldığı barədə rəsmi xəbərlər verilmişdi.

Rəsmi Parisin Azərbaycana qarşı əsassız iddiası, sözsüz ki, “suları bulandırmq” cəhdindən və Ermənistanın xoşuna gəlməkdən başqa bir şey deyil. Fransa bununla özünü Ermənistana dost kimi göstərərək direktivlərini icra etdirməyə çalışır.

Halbuki əslində irqi- dini ayrı- seçkilik, o cümlədən islamafobiya Fransanın özündə tüğyan edir. Üstəgəl, Fransa bu gün ədəbiyyatı, mədəniyyəti ilə deyil, kolonist siyasəti, müstəmləkəçiliyi ilə seçilir.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il