Azərbaycan Haaqa Daimi Arbitraj Məhkəməsinə Ermənistana qarşı iki arbitraj iddiası qaldırıb. Beynəlxalq arbitraj üzrə erməni ekspert Sarkis Qriqoryanın verdiyi məlumata görə, artıq hər iki iş üzrə məhkəmələr təyin olunub və proseslər davam edir. İddialar və prosesin detalları isə məxfi saxlanılır. Hər iki ölkə məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib.
Crossmedia.az xəbər verir ki , bu barədə siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki : “Ermənistanın son 30 ildə törətdiyi hərbi cinayətlərin sayı hesabı yoxdur. Ermənistan Azərbaycana ağır ziyan verib və bunun həm hərbi-siyasi, həm də iqtisadi nəticələri mütləq olmalıdır , çünki bəzi hesablamalara görə, Ermənistanın işğal dövründə Azərbaycana vurduğu maliyyə və iqtisadi ziyan 100 milyard dollar məbləğində hesablanır və Ermənistan əvvəl axır buna görə cavab verməlidir. Eyni zamanda Ermənistan Azərbaycanın silahsız dinc insanlarına, əhalisinə qarşı Xocalıda və digər ərazilərdə törətdiyi soyqırımlara , hərbi cinayətlərə görə də cavab verməlidir. Bütün bunları nəzərə aldıqda Azərbaycan Ermənistanı beynəlxalq məhkəmələrə verməkdə tamamilə haqlıdır. İndiki dövrdə məlumdur ki, Ermənistan bəzi Qərb dairələri, xüsusilə də Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Fransa tərəfindən dəstəklənir. Bu baxımdan həmin məhkəmələrin ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə qərar çıxaracaqları da bir qədər şübhə doğurur".
Siyasi şərhçi bir daha vurğulayır ki : "Azərbaycan tamamilə doğru yoldadır ki, Ermənistanın hərbi cinayətlərini, maliyyə, iqtisadi cinayətlərini, beynəlxalq müstəviyə, beynəlxalq məhkəmələrə çıxarır və bunu da bütün dünyaya bəyan etmiş olur. Ancaq istənilən halda hansısa mərhələdə Ermənistan öz bəşəri cinayətlərinə Azərbaycan qarşısında mütləq cavab verməli olacaq və Azərbaycan istənilən halda öz haqlı mövqeyi ilə , iddiaları ilə Ermənistanın beynəlxalq hüquq qarşısında cavab verməsinə nail ola biləcək".
Nihat Tahirov