Dilinizi seçin

Dilinizi seçin

Sosialoji

Yaxın günlərdə ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım edərək narazılığını bildirmişdi. Buradan sual doğur.

Universitetlərdə dress-kod olmalıdırmı? 

Geyim tərzinin tələbələrin təlim-tərbiyəsi ilə əlaqəsi necədir? 

Mövzu ilə bağlı Təhsil eksperti Rizvan Fikrətoğlu Crossmedia.az-a qeyd edir ki, burada məsələyə bir tərəfli qaydada yanaşmaq düzgün deyil:

"Belə ki, orta məktəb şagirdlərinin geyim tərzi ilə bağlı müəyyən standartlar var, lakin Ali Təhsil Müəssisələrinin tələbələri üçün bunu deyə bilmərik. Ali məktəb tələbələri artıq müəyyən qədər yetişmiş şəxslərdir. Biz onları bunu geyin, bunu geyinmə deyə məcbur edə bilmərik. Ümumiyyətlə, bu müzakirə mövzusu olmamalıdır. Dünya çapında İKT, ən son texnoloji avadanlıqların istehsalı müzakirə olunduğu təqdirdə bu tipli mövzular qulağa absurd gəlir. Bu baxımdan da, Ali Təhsil Müəssisələrinin tələbələri üçün dress-kod anlayışı düzgün deyil".

Müəllimin bunu tələbələrin şəklini çəkərək sosial şəbəkələrdə paylaşmasına gəlincə isə, ekspert bildirir ki, hər bir kəsin söz, fikir azadlığını nəzərə alaraq burada müəllim düz etmişdir deyə bilərik:

"Əgər müəllim tələbənin şəklini sosial şəbəkədə paylaşdığı zaman şəxsin kimliyi müəyyən olunarsa, bu zaman tələbənin şərəf və ləyaqətinə toxunmuş olur və bu da müəllim üçün bir məsuliyyət yaratmış olur. Belə bir mövzuda müəllimin düz və ya yanlış olduğunu gündəmə gətirmək özü də düzgün deyil. Bəzi məsələlər var ki, onlar qanunla yox, ictimai rəy ilə formalaşmalıdır. Bizim cəmiyyət bu tip geyim tərzini sevmirsə, bunu cəmiyyət olaraq qınaq etməli, qanunlara diqtə etməməliyik".

Aytac Kərimova

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il