Azərbaycanda fəaliyyət göstərən universitetlərin 70 %-də süni intellektlə bağlı təhsilin verilməsi planlaşdırılır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
O bildirib ki, Azərbaycan üçün güclü süni intellekt strategiyası hazırlanıb: "Süni intellektlə bağlı araşdırma məqalələrinin sayında 50 %-lik artım var. Böyük universitetlərdən birində tamamilə süni intellekt əsaslı innovasiya mərkəzinin yaradılmasını hədəfləmişik. Bundan əlavə təkcə dövlət qurumlarında deyil, həmçinin özəl sektorda da süni intellektdən istifadə ilə bağlı ssenarilər hazırlayırıq".