Dilinizi seçin

Dilinizi seçin

Texnologiya

Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Əmlak Məsələləri Dövlət Xidmətinin iş prinsipi tam olaraq elektronlaşdırılıb. Hazırda qurum fəaliyyəti zamanı innovativ və yüksək səviyyəli texnologiyalardan istifadə edir.

Crossmedia.az xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin Xidmət rəisinin müavini Rüstəm Şahbazov media nümayəndələri üçün təşkil edilmiş "Daşınmaz əmlakın ilkin qeydiyyatı" seminarından bildirib.

Onun sözlərinə görə, media nümayəndələrinin bu sahədə fəaliyyət göstərməsi mütləq əhəmiyyət kəsb edir:

"Biz çalışırıq ki, media nümayəndələri, jurnalistlərlə sıx əməkdaşlıq edək. Cəmiyyətin daşınmaz əmlak mövzusunda savadlılığının artmasında onların böyük rolu var", - R.Şahbazov əlavə edib. /Bakıvaxtı.az 

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il