Türkiyə "Discord"dan sonra "Telegram"a girişi də məhdudlaşdıra bilər.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb son günlərdə ölkədə ən aktual məsələlərdən birinə çevrilən şantaj, kibertəhlükəsizliyin kobud şəkildə pozulması və s. kimi hadisələrdir.
Belə ki, bir və ya bir neçə yeniyetmə, gənc qruplar müxtəlif kiçik təşkilatlanmalarla "Discord" və “Telegram” vasitəsilə müxtəlif yaş qruplarına, əsasən də yeniyetmələrə müxtəlif növ şantajlarla onlardan pul tələb etmələri, ədəbsiz şəkil göndərməyə məcbur edilmələr, müxtəlif növ cinayətlərə sövq etmələri və s. kimi halların baş verməsi olub.
Məlumat üçün bildirək ki, İstanbulun Fatih bölgəsində iki gənc qızın vəhşicəsinə öldürülməsindən məsul olan qatilin "Teleqram" və "Discord" kimi platformlarda yuxarıda bəhs etdiyimiz qruplarla yaxın əlaqədə olması bu məsələyə yenidən ciddi yanaşılmasına səbəb olub. Hazırda Türkiyədə kibertəhlükəsizlik barəsində geniş əməliyyatlar və istintaq işləri aparılır.